Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu

TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu


Bu gün, 16:18

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Murad Mirzəyev İcbari Sığorta Bürosunda (İSB) fəaliyyətə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, müvafiq əmrlə fəaliyyətini İSB-də Süni intellekt transformasiyası üzrə rəhbər vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, M.Mirzəyev 2022-2026-cı illərdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri işləyib. O, bir neçə ay əvvəl TƏBİB-dəki vəzifəsindən azad olunub.


Geri qayıt