Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı


Bu gün, 12:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri davam edir.

"DİA-AZ" Nocomment.az-a istinadla xəbər verir ki, qurumda növbəti təyinat həyata keçirilib.

Belə ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində daxili nəzarət mütəxəssisi işləmiş Emin İbrahimov AAYDA-nın daxili nəzarət idarəsinə təyin olunub.

O, artıq yeni vəzifəsinin icrasına başlayıb.


Geri qayıt