Əsas Səhifə > Ana xəbər / Güney Press > İndi pullar əks istiqamətə axır...
İndi pullar əks istiqamətə axır...Bu gün, 07:25 |
|
Bu ilin yanvar-iyun aylarında fiziki şəxslərin Gürcüstandan xaricə pul köçürmələrdə birinci yeri Azərbaycan tutub – Gürcüstandan bizim ölkəmizə 2026-cı ilin ilk yarısında 36,5 mln. dollar pul köçürülüb. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqaisədə 75,3% çoxdur. Son 2-3 ildə Azərbaycandan Gürcüstana işləməyə gedənlərin sayı kəskin artıb – son 1,5 ildə Azərbyacandan 3000-ə yaxın əmək miqrantı Gürcüstanda rəsmi qeydiyyata düşüb.
Yaxşı, bəs Azərbaycandan Gürcüstana pul köçürmələrin vəziyyəti necədir:
• 2021-ci il: 60 milyon ABŞ dolları
• 2022-ci il: 51,3 milyon ABŞ dolları
• 2023-cü il: 45,0 milyon ABŞ dolları
• 2024-cü il: 40,2 milyon ABŞ dolları
• 2025-ci il: 26 milyon 244 min ABŞ dolları (illik müqayisədə 42% kəskin azalma)
Gürcüstandan avtomobil gətirilməsi xeyli azalıb – bu amil də fiziki şəxslərin Gürcüstana pul köçürmələrinin azalmasına təsir edir, amma, Gürcüstandan Azərbaycana pul köçürmələrin artımı sırf əmək miqrantları və Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumlarına göndərdiyi pulun miqdarının artması ilə əlaqədardır.
Gürcüstandakı vəziyyəti az-çox bilirəm, illərdir tendensiyaları görmüşəm, izləmişəm, cəmi 10 il əvvəl Azərbaycanda yaşayan, əslən Gürcüstandan olan soydaşlarımız öz qohumlarına, yaxınlarına həmişə pul göndərirdilər – indi əks proses başlayıb. Burdan ora işləməyə gedənlər artır, Gürcüstanda yaşayan soydaşlarımız daha çox varlandıqca, burdakı qohumlarına kömək etməyə başlayırlar. Belə…
Natiq Cəfərli - "DİA-AZ"
Geri qayıt |