Əsas Səhifə > Ana xəbər / Güney Press > Gəlirimiz də artır... BORCUMUZ DA...

Gəlirimiz də artır... BORCUMUZ DA...


Bu gün, 08:16

Bu ilin ikinci yarısında Azərbaycanın dövlət borcunun 4 milyard manata yaxın artacağı proqnozlaşdırılır.
"DİA-AZ" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin yarımillik icrasına dair arayışı və ilin sonuna gözləntilər barədə hesabatında qeyd edilir.
‼️Nazirlik vurğulayır ki, bu il iyulun 1-nə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830 milyon manat olub. Ümumi dövlət borcunun 32,9faizi xarici dövlət borcunun, 67,1 faizi daxili dövlət borcunun payına düşür. Amma sənəddə bu rəqəmin gələn ilin əvvəlinə. 27 milyard 604 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
?Həmin vaxt dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
✅Ekspertlər yaxın vaxtlara qədər hökumətin borc siyasətində dəyişikliklər etməsini əsasən, son illər Azərbaycanın əsas ixrac məhsulu olan neftin hasilatının azalması ilə izah edirdilər. Hərçənd, bu il ABŞ, İsrail-İran münaqişəsi dünya neftinin və maye qazının 20 faizinin nəql edildiyi Hörmüz boğazının bağlanmasına, nəticədə "qara qızıl"ın kəskin bahlaşmasına səbəb olub. Elə Maliyyə Nazirliyinin hesabatından bəlli olur ki, "Azeri Light" markalı neftin bir barelinin ixrac qiyməti əgər yanvarda 68.4 dollar olmuşdusa fevralda 71.1, martda 106.4, apreldə 120.1, mayda 111.8, iyunda isə 89 dollar təşkil edib.

Geri qayıt