Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdıBu gün, 02:08 |
|
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı iki ölkə arasındakı münasibətlərdə yaranmış gərginliyin azalmasına mühüm təsir göstərib. Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı vəziyyəti tamamilə dəyişib və iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına kömək edib. Araqçi xüsusilə Məsud Pezeşkianın söhbət zamanı Azərbaycan dilində danışmasına diqqət çəkib. İran XİN rəhbərinin sözlərinə görə, Pezeşkianın Azərbaycan dilində səmimi müraciəti və Azərbaycan atalar sözlərindən istifadə etməsi mühüm rol oynayıb. Nazir bildirib ki, prezidentlər arasındakı bu birbaşa və səmimi ünsiyyət Bakı ilə Tehran arasında münasibətlərin yumşalmasına və qarşılıqlı anlaşmanın güclənməsinə təsir göstərib. Geri qayıt |