Əsas Səhifə > Ana xəbər / Güney Press > Simonyan hərbi rütbə istəyir

Simonyan hərbi rütbə istəyir


Bu gün, 10:25

Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan vəzifəyə təyin olunandan sonra Baş nazir Nikol Paşinyana müraciət edərək hərbi rütbəsinin artırılmasını istəyib.

Modern.az xəbər verir ki, erməni mediasının yazdığına görə, Simonyan ona növbədənkənar qaydada, “Vətən qarşısında xidmətlərə görə” “polkovnik-leytenant” hərbi rütbəsinin verilməsini xahiş edib.

Qeyd olunur ki, Simonyan hazırda yalnız müddətli həqiqi hərbi xidmət zamanı aldığı çavuş rütbəsinə malikdir. O 2000–2002-ci illərdə Ermənistan Silahlı Qüvvələrində xidmət etdiyi göstərilir.

Simonyan 2021–2026-cı illərdə Ermənistan parlamentinin sədri olub. 2026-cı ilin avqustunda isə Nikol Paşinyanın qərarı ilə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Beləliklə, hərbi xidmət zamanı çavuş rütbəsi alan Simonyanın yüksək dövlət vəzifəsinə keçdikdən sonra, “polkovnik-leytenant” rütbəsinə yüksəldilməsi üçün müraciət etdiyi bildirilir.


Geri qayıt