Əsas Səhifə > Ana xəbər / Güney Press > "60-70 dəfə şikayət etdim, yenə düzəlmədi"

"60-70 dəfə şikayət etdim, yenə düzəlmədi"


Bu gün, 04:53

114 B nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlı vətəndaş narazılığı yaranıb.
“Bakupost”a müraciət edən vətəndaş avtobusların gec gəlməsindən, bəzilərində isə oturacaqların sınıq olmasından şikayətlənib.
Şikayətçi deyir ki, problemlərlə bağlı AYNA-ya dəfələrlə müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərin sayı artıq 60-70-ə çatıb, lakin buna baxmayaraq, heç bir nəticə yoxdur:
“Yollar pis vəziyyətdir, başa düşürəm, yeni avtobusları istifadəyə vermək alınmır, lakin sınıq oturcaqları təmir etmək, intervalları azaltmaq mümkündür. Bu isə edilmir”.
Vətəndaş qeyd edir ki, avtobusların hərəkəti gecə saat 00:00-a qədər nəzərdə tutulsa da, bəzi günlər saat 23:00-dan sonra avtobus tapmaq mümkün olmur.
Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirildi ki, daşıyıcı tərəfindən avtobusların dəyişdirilməsi nəzərdə tutulub.


Geri qayıt