Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərhəddə “güzgü effekti”?
Sərhəddə “güzgü effekti”?Bu gün, 03:09 |
|
Gürcüstanın Marneuli bölgəsində Azərbaycan sərhədinə doğru hərəkət edən yüzlərlə xarici yük avtomobilindən ibarət nəhəng növbə yaranıb. Musavat.com xəbər verir ki, xarici dövlət nömrə nişanlı yüzlərlə TIR Azərbaycana daxil olmaq üçün “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə doğru hərəkət edir. Yük avtomobillərinin sıxlığı Marneulinin İkinci Kosalı kəndində təxminən 12 kilometrlik növbənin yaranmasına səbəb olub. Yerli sakinlər yaranmış vəziyyətdən narahat olduqlarını bildirirlər. Onlar yüzlərlə ağırtonnajlı avtomobilin yol hərəkətinin təhlükəsizliyinə problem yaratdığını, həmçinin gecə saatlarında TIR-ların səs-küyündən əziyyət çəkdiklərini deyirlər. Maraqlıdır ki, bu vəziyyət bir müddət əvvəl Gürcüstanda Azərbaycan nömrəli TIR-larla bağlı yaşanan hadisələrdən sonra yaranıb. Həmin vaxt Azərbaycanın yük avtomobillərinin Gürcüstan-Azərbaycan sərhədini keçməkdə ciddi çətinliklərlə üzləşmişdi. Gürcüstanın Türkiyə ilə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşlarının idarə etdiyi TIR-lar saxlanılmışdı. İndi isə mənzərə əks istiqamətdədir: yüzlərlə xarici TIR Azərbaycana giriş üçün Gürcüstan ərazisində kilometrlərlə növbə gözləyir. Hadisələrin ardıcıllığı sərhəddə “güzgü effekti”nin yaranıb-yaranmadığı barədə sual doğurur. Geri qayıt |