Əsas Səhifə > Ana xəbər / Güney Press > Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİBu gün, 17:17 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişikliyi olub. "DİA-AZ" "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Atilla-Turan Bayramov həmin şöbənin müdiri təyin edilib.
Xpress.az xatırladır ki, Atilla-Turan Bayramov cərrah-transplantoloq, hepatoloq, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramovun oğludur. Geri qayıt |