Əsas Səhifə > Ana xəbər / Güney Press > Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olubBu gün, 10:36 |
|
Pakistan MCB bankının Azərbaycandakı törəməsi “MCB BOKT” QSC-nin Müşahidə Şurasına yeni üzv gəlib. Banker.az xəbər verir ki, bu bardə səhmdarların Ümumi Yığıncağı qərar verib. Belə ki, Rizvan Çuğtay (Rizwan Chughtai) Müşahidə Şurasına və Audit Komitəsinə üzv seçilib. O bu vəzifədə Omair Safdarini əvəz edib. Rizvan Çuğtay Pakistandakı ana şirkətdə Baş Risk İnzibatçısı vəzifəsində çalışır. Xatırladaq ki, “MCB”nin nizamnamə kapitalı 4.284 milyon manatdır. Şirkətin səhmlərinin böyük hissəsi (99.94%) Pakistanın “MCB Bank”ına, qalan 0.06%-lik payı isə İdarə Heyətinin sədri Rəmal Cəfərova məxsusdur. Geri qayıt |