Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu sahədə də GERİDƏ QALMIŞIQ...

Bu sahədə də GERİDƏ QALMIŞIQ...


Bu gün, 07:17

Son açıqlamaya görə, Azərbaycanda minik avtomobillərinin sayı 1,7 milyona çatıb.
Amma burada ciddi bir uyğunsuzluq da var. İstismardan çıxarılan, metaloma verilən 10 minlərlə avtomobil qeydiyyatdan silinməyib.
Məsələn, atama koronavirus dövründə 190 manat yardım vermədilər ki, adına VAZ-2104 var. Araşdırdıq 1995-ci ildə etibarnamə ilə satdığımız maşını deyirlər, çoxdan da məhv olub.
Hətta rəsmi göstəricini olduğu kimi qəbul etsək belə, Azərbaycan Avropanın ən geridə qalmış ölkəsidir.
Qonşu Gürcüstanda hər 1000 nəfərə 414, Ermənistanda 354, Azərbaycanda isə elə deyilən rəqəmlə belə 1000 nəfərə 165 minik avtomobili düşür. Avropa Birliyi ortalaması isə 1000 nəfərə 574-dür.
Yəni Avropada orta hesabla hər sağlam, əmək qabiliyyətli insanın avtomobil almaq imkanı var. Bizdə isə avtomobillər sadəcə Bakıda cəmləşdiyi üçün sayı gözə çox görünür, ölkənin yarısı kredit, arenda maşın sürür.
Orxan Atabəy - "DİA-AZ"

Geri qayıt