Əsas Səhifə > Ana xəbər / Güney Press > Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki...

Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki...


Bu gün, 07:04

Maliyyə Nazirliyi məlumat yayıb, sitat: “Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi təmin edilməlidir”.
Çox “sevirəm” də mən bu tipli açıqlamaları, belə mətnlər təəccüf, təəssüf və acı gülüş doğurur.
Nazirliyin bu açıqlamasının ünvanı kimdir-kimlərdir? Sağ olsunlar ki, vətəndaşa, ictimayyətə bilgi, məlumat verirlər, amma, yaxşı, biz edək indi? Hökumət üzvləri kimdən-kimə şikayət edir? Niyə bu illər ərzində strateji məhsullar üzrə istehsal potensialı artırılmayıb? Ünvan Kənd Təsərrüfatı nazirliyidirsə, bir nazirlik, digərini tənqid edirsə, bunu bəyəndim, amma, Nazirlər kabineti var, yığışın, müzakirə edin, həll yolları təklif edin, sonra da həyata keçirin, nəticə əldə edin.
Belə bir təsəvvür yaranır ki, rəsmi icra qurumları problemlərin ciddiliyini görür, anlayır, amma, həll etmək əvəzinə, məsuliyyəti başqalarının üzərinə çəkməyə çalışır – İqtisadiyyat Nazirliyi deyir ki, ÜDM-in zəif artım tempi böyük büdcə layihələrinə pul ayrılmasının gecikməsidir, Maliyyə Nazirliyi deyir ki, vəsaitlər nəticəyönümlü olmalıdır, elə olmur, ona görə vəsait kəsilir, azaldılır. İndi də Kənd Təsərrüfatı Nazirliyi çıxıb deyəcək ki, ərzaq təhlükəsizliyi ilə bağlı problemləri həll etmək üçün yerli icra başçıları institutu maneçilik yaradır.
Maraqlıdır ki, hər bir tərəf düz deyir - doğruları etmir, özünütənqid yaxşı şeydi, amma, bir yerə qədər. Sonra səlahiyyət və məsuliyyət məsələsi gündəmə gəlməli, problemlər həll edilməlidir, məsuliyyəti öz üzərindən atmaq problemləri həll etmir, əksinə, daha da dərinləşdirir...
Natiq Cəfərli - "DİA-AZ"

Geri qayıt