Əsas Səhifə > Ana xəbər / Güney Press > "Nadir Şahın həmin fərmanının altından imzamı qoyuram!"

"Nadir Şahın həmin fərmanının altından imzamı qoyuram!"


Bu gün, 08:10

"Cumhuriyyət tarixini araşdırasan, Cumhuriyyətin mahiyyətini anlamayasan! Nadir Şah öz təhsilsiz halıyla bu tarix elmləri doktoru Cəmil Həsənlidən daha aydın fikirli şəxsiyyət olub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında deputat Fazil Mustafa qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Mənim sitatımdan öncə bir yaz görək Nadir Şah nə deyib. Mən deyəndən fərqli bir şey dediyini tapsan, çalış saxtalaşdırmadan yaz. Nəsib Nəsibli, Əkbər Nəcəf, Elnur Nəsirov və s. istisna olmaqla bu tarixçilərin əksəriyyəti mövzuya münasibətdə milli irançılardır. Bundan sonra dünyəvi Cumhuriyyətin dəyərindən danışanda yəqin ki, utanarlar. Mən isə Nadir Şahın məlum fərmanının altından imzamı qoyuram! Bu fərman tariximizin “Dədə Qorqud kitabəsi” qədər dəyərli sərvətidir!"


Geri qayıt