Əsas Səhifə > Ana xəbər / Güney Press > "Səni bu seçimə vadar edən nədir?"

"Səni bu seçimə vadar edən nədir?"


Bu gün, 07:09

"Əgər bir rejissor, ssenarist və ya prodüser filmində Azərbaycan əsgərini qorxaq kimi və ya onun döyüşdə qorxduğunu göstərmək istəyirsə, onun qanında problem var!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Rza Drakon qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Çünki qorxu ümumi insan psixologiyasına aid olan bir məsələdir. Yəni bu, ümumi bir hissdir və həmin qorxunu məhz Azərbaycan əsgərinin timsalında ifadə etmək xəyanətdir.
Həyat seçimlərdən ibarətdir; insanın dəyəri isə etdiyi seçimlərdədir.
Niyə bir filmdə döyüşdə qorxmayan Azərbaycan əsgərini göstərmək əvəzinə, qorxan əsgəri seçib göstərəsən? Məqsəd nədir?
Səni bu seçimə vadar edən nədir? Qan, gen, aldığın tərbiyə, milli mənsubiyyət, yoxsa başqa bir şey?
Bunun adını sənət qoymaq, bu xəyanəti sənət pərdəsi altında təqdim etmək…
Azərbaycanda özünə rejissor, ssenarist, prodüser deyən (sayan) adamların qanı tezliklə dərindən yoxlanmalıdır. Yoxsa onların sənət adı ilə etdikləri əməllərin nəticəsi ermənilərin etdiklərindən daha ağır olacaq…"

Geri qayıt