Əsas Səhifə > Ana xəbər / Güney Press > “Minlərlə ortaq söz fars və ermənilərin bir xalq olduğunu göstərir”

“Minlərlə ortaq söz fars və ermənilərin bir xalq olduğunu göstərir”


Bu gün, 06:58

İranın Qafandakı baş konsulu Murtaza Abedin Varamin Ermənistan mətbuatına müsahibəsində İran-Ermənistan münasibətlərindən danışıb.
Yeniavaz.com
xəbər verir ki, iranlı diplomat iki ölkə arasındakı əlaqələrin özünəməxsus olduğunu və minilliklər ərzində formalaşdığını bildirib.
Murtaza Abedin Varamin Ermənistan və İran arasında mövcud münasibətlərin digər ölkələr arasındakı əlaqələrdən fərqləndiyini qeyd edib.
O, həmçinin erməni və fars dilləri arasındakı oxşarlıqlara diqqət çəkib.
“Fars və erməni dillərində minlərlə ortaq söz var. Bu, bizim bir xalq olduğumuzu göstərir”, – deyə İran diplomatı vurğulayıb.
Baş konsul iki ölkə arasında münasibətlərə kənardan müdaxilə edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, həm Ermənistan, həm də İran xalqı münasibətlərinə kənar şəxslərin müdaxilə etməsinə imkan verməməlidir.
Diplomat bununla bağlı “şeytanlardan ehtiyatlı olmağın” və onların İran-Ermənistan münasibətlərinə mane olmasına imkan verməməyin vacibliyini vurğulayıb.


Geri qayıt