Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşırBu gün, 10:01 |
|
Etnik ermənilərə heç bir tələb olmadan Ermənistan vətəndaşlığının verilməsi problemdir. Musavat.com xəbər verir ki, bunu Ermənistan Daxili işlər nazirinin müavini Armen Qəzəryan deyib: "Ermənistanın vətəndaşlığı səyahət sənədlərinin alınması üçün bir vasitəyə çevrilir. Ermənistanın etnik ermənilərə vətəndaşlıq vermək üçün irəli sürdüyü tələblərə baxsaq, bu tələblər sıfırdır - heç bir tələb yoxdur. Mənim peşəkar fikrimcə, bu, problemdir". Nazir müavini qeyd edib ki, bu məsələ Aİ ilə viza liberallaşdırma prosesinin bir hissəsi kimi də qaldırılır. Qəzəryan etnik ermənilər üçün sadələşdirilmiş prosedurun mövcud olması lazım olduğuna inanır, lakin bu sadələşdirmənin dəqiq nəyi nəzərdə tutacağını dəqiqləşdirməyib, yalnız digər etnik qrupların üzvləri üçün vətəndaşlıq tələblərinin Ermənistanda üç il fasiləsiz yaşamaq və Konstitusiyanı bilmək olduğunu qeyd edib. Geri qayıt |