Əsas Səhifə > Ana xəbər / Güney Press > 63 yaşlı soydaşımızın kədərli hekayəsi...

63 yaşlı soydaşımızın kədərli hekayəsi...


Bu gün, 07:32

Polşada Katovise-Zabje arasında işləyən 23 nömrəli avtobus sürücüsünü saxlayıblar – reys zamanı sükan arxasında pivə içirmiş, digər sürücü bunu görüb, polisə bildirib, avtobusu saxlayıblar, yoxlama zamanı sürücüdə 2,75 promil alkoqol təsbit edilib.
Məhkəmə sürücüyə 6 ay həbs və böyük miqdarda pul cəzası verib.
Hekayənin düşündürücü tərəfi odur ki, sürücü 63 yaşlı Azərbaycan vətəndaşı, iş dalınca Polşaya gedən miqrant olub.
Etdiyi hərəkət qəbul edilən deyil, cəzasını da almalıdır – bu heç, amma, 63 yaşlı azərbaycanlı iş üçün Polşaya gedib avtobus sürür, gedib biznes qursa, restoran açsa, otel işlətsə, bu mövzuya toxunmazdım, amma, təqaüd yaşına cəmi 2 il qalmış Polşada avtobus sürən azərbaycanlının hekayəsi məni kədərləndirdi və düşündürdü. Belə...
Natiq Cəfərli - "DİA-AZ"

Geri qayıt