|
Hərdən düşünürəm ki, görəsən Avrasiya materikində bizim millət qədər öz millətinə, ölkəsinə düşmən ölkələr var?! Müstəqillikdən sonra necə nəfər məmur, biznesmen saya bilərik ki, öz ölkəsi və öz xalqı üçün, gələcək üçün çalışsın?! Adi məhlələrdə parkları, futbol meydançalarını söküb, yerini satıb, yüksək binalar tikdilər, bu bir başa uşaqların gələcəyini, sağlam yetişməyinə maneədi. Dəniz qıraqlarını satdılar villa tikənlərə, Allahın dəniz qumunu satdılar nəticədə bu qədər insan hər gün ölür dənizdə. Yol çəkdilər Kanalzasiyanın pulunu yedilər, yağış yağdı yenə millət zülm çəkdi, düşüb kanalzasiyaya öldülər. Yollar dağılır baxan yoxdu, Su borusu partlayır 20 dəfə yazırsan sonra gəlirlər, nə bilim xaricdən ən cındır ən ucuz malları gətirib öz camaatına sırıyırlar, ölmüş at eşşək əti kəsib dönərə vururlar, niyə də, niyə bunları edirlər?! 30 il Qarabağ Qarabağ dedilər, Qarabağı azad edəndən sonra Qarabağda Tikintiyə ayrılan pulları yedilər, nəticədə tikilən evlər dağılır. Bir manat qazanacaqlar deyə bütün gələcək nəsli, ölkəni məhv edirlər. İnandırım sizi bu adamlar Qarabağ alınanda maşına bayraq sancıb, küçədə Vətənpər olanlardı hansı ki, bu Vətənin ən böyük Düşmənləridi. Düşünmürlər ki, ay bədbəxtlər öz övladlarınız, nəvələriniz yaşayacaq bu ölkədə, niyə məhv edirsiniz, niyə öz nəvələrinizi xəstəliyə dücar edirsiniz?! Belə baxıram gələcək gəlməyəcək...
Haldun Novruzzadə - "DİA-AZ"
Geri qayıt
|