Əsas Səhifə > Ana xəbər / Güney Press > Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığıBu gün, 18:17 |
|
Son günlər vətəndaşların banklarla bağlı narazılıqları səngimək bilmir. Bu dəfə vətəndaş Unibankın kredit ödənişi ilə bağlı narazılığını bildirib. Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib. Vətəndaşın sözlərinə görə, Unibanka aylıq 405 manat kredit ödənişi edir. O, hər dəfə qrafikdə nəzərdə tutulandan artıq və əvvəlcədən ödəniş etdiyini bildirib. Onun iddiasına görə, bu ay üzrə qrafikdə 117 manat faiz nəzərdə tutulsa da, hesabından 134 manat tutulub. Vətəndaş dəstək xidmətinə müraciət etdiyini, lakin məsələ ilə bağlı aydın izah ala bilmədiyini qeyd edib. “Deyilir ki, faiz gündəlik hesablanır, qrafikə uyğun ödəniş edin. Normalda artıq ödəniş etdikdə və qabaqcadan ödəniş olunanda əsas məbləğdən çıxılmalı, növbəti ayın faizləri daha az hesablanmalıdır. Faiz niyə artır?” – deyə vətəndaş soruşub. Geri qayıt |