Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəramətdən gözləntiniz nə idi?
Kəramətdən gözləntiniz nə idi?Bu gün, 06:48 |
|
Kəramətdən gözləntiniz nə idi ki, indi nəyisə uduzmuş hesab edirsiniz? Siz ona hansı missiyanı vermişdiniz?
Kəraməti bu qədər ciddiyə alan kütlə bir şeyi başa düşmür: Kəramət kimi insanlar heç vaxt “xalq adamı” olmayıblar. Ən azı bizim təsəvvür etdiyimiz mənada
Bu, heç də indinin problemi deyil. Sovet dövrünə baxın. Əhməd Cavad, Hüseyn Cavid repressiyaya məruz qaldıe. Başqaları sürgün edildi, susduruldu, məhv edildi. Amma sistemin içində qismən rahat yaşaya bilənlər də vardı.
Bu, bir xalqın içində eyni vaxtda müxtəlif xarakterlərin, müxtəlif seçimlərin mövcud olduğunu göstərir. Hər şairdən, hər yazıçıdan, hər görünən adamdan qəhrəmanlıq gözləmək olmaz.
Ən böyük yanlışımız budur: bir adam danışmağa başlayanda dərhal onun boynuna “xalqın səsi” titulunu asırıq. Sonra o adam adi insan kimi davrandıqda, şəxsi maraqlarının arxasınca getdikdə və ya bizim gözləntilərimizə uyğun gəlmədikdə məyus oluruq.
Kəramət Kəramətdir. Nə xalqın seçilmiş nümayəndəsidir, nə də xalqın vicdanı. Yazır, danışır, görünür, özünü ifadə edir və cəmiyyətin diqqətini, mübahisəsini, qəzəbini, heyranlığını, hətta etirazını belə görünürlüğə və görünürlüğü də kapitala çevirdi.
Cəmiyyət qəhrəman axtardıqca, adi insanları qəhrəmanlaşdıracaq, sonra da qəhrəmanlaşdırdığı adamın adi insan olduğunu görəndə məyus olacaq.
Bəlkə də ilk növbədə Kəramətlərdən yox, özümüzdən gözləntimizi dəyişməliyik.
Günel Musa -- "DİA-AZ"
Geri qayıt |