Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq...
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq...Bu gün, 06:40 |
|
"2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629,5 min kvadrat metr yaşayış evi (mənzil) tikilərək istifadəyə verilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "2025-ci ildə Ermənistanda 2 milyon 270 min kvadrat metr yaşayış evi (mənzil) tikilərək istifadəyə verilib.
Azərbaycanda Ermənistana nisbətən 2 dəfə çox mənzil tikilib – amma, əhalimiz Ermənsitandan rəsmi rəqəmlərə görə 3 dəfədən çox artıqdır.
2025-ci ilin yekunlarına əsasən (2024-cü ilə nisbətən) Azərbaycanda tikinti sektoru 0,4% kiçilib (geriləyib).
2025-ci ilin yekunlarına əsasən (2024-cü ilə nisbətən) Ermənistanda tikinti sektoru 20% artıb (böyüyüb).
2026-ci ilin ilk 6 ayında Azərbaycanda tikinti sektoru 2025-ci ilin eyni dövrü ilə müqaisədə 9,4% daralıb (azalıb).
2026-ci ilin ilk 6 ayında Ermənistanda tikinti sektoru 2025-ci ilin eyni dövrü ilə müqaisədə 24,5% artıb (böyüyüb).
Bu sırf statistikadır, rəqəmlərdir, onlar yalan danışmır, reallığı əks etdirir, trendləri göstərir – Azərbaycanda tikinti sektoru da böhrana daxil olub, Ermənistanda isə bu sahədə də bum yaşanır..."
Geri qayıt |