Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir?

Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir?


Bu gün, 16:51

Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi həyata keçirilib.

Tribuna.az xəbər verir ki, uzun müddət qurumda kök salmış Saleh Məmmədov işdən çıxarılaraq, Vüsal Nəsirli ilə əvəzlənib.

Bu təyinatdan sonra belə bir rəy yaranmışdı ki, Nəsirli qurumda illərdir yığılıb qalmış problemləri həll etməyə çalışacaq. Çünki Saleh Məmmədov öz adamlarını Agentliyin ən kiçik postlarından tutmuş, ən yüksəyinə qədər hər yerə yerləşdirmişdi. Hətta iş o yerə çatmışdı ki, AAYDA-nın tabeliyində olan Yol İstismarı İdarələrinin rəhbərləri ya vergi borcuna görə, ya da törətdikləri qanunsuz əməllərə görə, ölkədən çıxışlarına yasaq qoyulmuşdu.

Qeyd edək ki, Məmmədovun kadrları gündəmə təkcə bu mövzularla deyil, həmçinin vəzifəli şəxslərin övladlarına bahalı toyları, həmçinin bahalı maşın kolleksiyaları ilə də gəlmişdilər. Mediada yayılan xəbərlərdən də aydın olurdu ki, Agentlikdə çalışan vəzifəlilərin işi heç də tutduqları vəzifənin haqqını vermək yox, sakit şəkidlə büdcədən ayrılan vəsaitləri talamaq olub. Çünki başqa şəkildə belə bahalı toy etmək və ya maşın kolleksiyasına sahib olmaq mümkün deyildi.

Tribuna.az bildirir ki, Saleh Məmmədovun işdən çıxarılmasının əsas səbəblərindən biri Maliyyə Nazirliyinin keçirdiyi yoxlama olub. Həmin yoxlamalar zamanı milyonlarla manatın talan edildiyi və mənimsənildiyi üzə çıxmışdı. Bu, təkcə AAYDA-nın rəhbərliyində təmsil olunanlara deyil, elə yerli Yol İstismarı İdarələrinin rəhbərlərinə də şamil edilmişdi. Qeyri-rəsmi məlumatlarda iddia olunurdu ki, təkcə, Saleh Məmmədovun 700 milyon manat büdcə vəsaitini mənimsədiyi yoxlamalar zamanı üzə çıxıb.

Qayıdaq, Vüsal Nəsirlinin kadr siyasətinə. İlk gün Nəsirli rəhbəri olduğu qurumda optimallaşdırma aparacağını vəd etdi. Belə ki, o, yerli yol istismarı idarələrini birləşdirərək, onları regional idarələr şəklinə saldı. Bundan başqa, Bakı şəhəri üzrə 20-yə yaxın MMC-ni ləğv edərək, onları 5 idarənin tabeliyinə verdi. Bura qədər təbii ki, qulağa xoş gəlir. Lakin sonradan atılan addımlar göstərdi ki, ortada optimallaşdırmadan yox, başqa mətləblərdən söhbət gedir.

Tribuna.az-ın apardığı araşdırma zamanı məlum olub ki, AAYDA-nın təkc\ə Bakı üzər həyata keçirdiyi birləşdirmədən sonra Araz Bəndəliyev, Fazil Musayev, Vüqar Nuriyev və Zaur Həsənov vəzifə başına keçirilib. Bəs, bu adamlar kimlərdir?

İşin maraqlı tərəfi odur ki, AAYDA-da Maliyyə Nazirliyi yoxlama apardığı zaman bu adamlar vəzifəyə təyinat alıblar. Halbuki onların bir çox evlərində oturub, həbslərini gözləyirmişlər. Çünki yoxlamalarda bu adamların da ciddi şəkildə adları keçirmiş.
İkinci maraqlı məqam odur ki, adı yoxlamalardakı əyintilərdə keçənlərdən biri Kamran Əzizov olub.

Məlumata görə, AYYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi olan Əzizov yoxlamalar gedən zaman gözlənilmədən Vüsal Nəsirlinin müavini təyin edilib. Elə bununla da köhnə kadrların tale üzünə gülməyə başlayıb. Çünki cənab Əzizov köhnə dostlarının təqdimatını Nəsirliyə verməklə, onları bəlalardan hifz etməyə nail olub.

Hərçənd bu adamın vəzifə başında qalması belə mümkün olmamalıydı. Və o, gedib lazım olan qurumun qarşısında cavab verməliydi.
Görünən və bilinən odur ki, Vüsal Nəsirli də Saleh Məmmədovun yolunu getmək qərarı verib. Əks halda, Saleh Məmmədovun kadrlarını başa çəkib, köhnə qaydaların qalmasına razı olmazdı.


Geri qayıt