Əsas Səhifə > Ana xəbər / Güney Press > “Elektron Məhkəmə Sistemində problemlər davam edir”
“Elektron Məhkəmə Sistemində problemlər davam edir”Bu gün, 16:54 |
|
Azərbaycanda daimi yaşayan əcnəbinin Elektron Məhkəmə Sistemimizdə elektron kabineti var. Ona qarşı Nəsimi rayon məhkəməsində iddia irəli sürüblər, amma kabinetində yeni iş görünmür. Gedib məhkəməyə. Orada deyiblər ki, əcnəbinin kabineti ola bilməz, indiyədək düz olmayıb. Məsləhət görüblər ki, ya müraciətlərini kağız formada etsin (yəni elektron kargüzarlıq haqda qanunun tələbinə zidd olaraq), ya da yerli vətəndaşa etibarnamə versin və onun vasitəsilə işi sistemdə izləsin. Başqa sözlə, faktiki deyiblər ki, get özünə vəkil tut. Halbuki, hər kəsin özünü məhkəmədə bilavasitə müdafiə etmək hüququ var. Mən Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlayıb ilk olaraq soruşdum ki, əcnəbinin Elektron Məhkəmə Sistemində kabineti ola bilər, ya yox. Cavab əvəzinə soruşdular ki, ASAN imzası varmı. Dedim ki, SİMA-sı var. Dedilər ki, cəhd etsin, kabinet yaratmağa. Bundan sonra məsələni daha dəqiq izah etdim: kabinet var, amma yeni işi görmür və məhkəmə də deyir ki, sənin kabinetin ola bilməzdi və s. Birmənalı cavab ala bilmədim… Elektron Məhkəmə Sistemində kimin istifadəçi olub-olmaması baza məsələlərdən biridir. Bu suala da birmənalı cavab ala bilmiriksə, daha nə deyim. Üstəlik axı niyə Elektron Məhkəmə Sisteminin əvvəlki normal versiyası dövründə problem yaranmırdı, amma indiki natamam işləyən versiyasının istismarının 5-ci ayında belə problemlə üzəşirik? Yeni versiyaya xeyli vəsait ona görə xərclənib ki, əvvəlki imkanlar da məhdudlaşdırılsın? Heç olmasa əvvəlki versiyanı sadəcə primitiv olaraq CopyPaste edərdilər də… P.S. Problemlərin aradan qaldırılması üzrə təklifim var. Hakimlərin cari işləri çoxdur, Elektron Məhkəmə Sisteminin texniki problemlərinin həllinə vaxtları yoxdur. Buna görə də “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin sədri hörmətli Ramiz Rzyaevdən (Ali Məhkəmənin keçmiş sədri) xahiş edək ki, başda özü olmaqla istefada (pensiyada) olan hakimlərdən ibarət qrup yaratsın və Elektron Məhkəmə Sisteminin problemlərini həll etməkdə Məhkəmə-Hüquq Şurasına yardım etsin. Düzdür, qanunvericiliyə əsasən keçmiş hakimlərin və bu ictimai birliyin Elektron Məhkəmə Sistemindəki məlumatlara çıxış imkanı ola bilməz və bunu etmək kibercinayət olardı. Buna görə gəlin əvvəlcə qanunvericiliyə düzəliş edək və bu imkanı yaradaq. Qoy keçmiş hakimlərimiz xalqımıza təmənnasız xidmət təcrübələrini davam etdirsinlər… Əkrəm Həsənov Geri qayıt |