Əsas Səhifə > Ana xəbər / Güney Press > Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi

Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi


Bu gün, 15:38

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

"DİA-AZ" Qaynarinfo-ya istinadən xəbər verir ki, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Məsələ ilə bağlı FHN-nə sorğu ünvanlamışıq.

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.


Geri qayıt