Əsas Səhifə > Ana xəbər / Güney Press > Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədibBu gün, 15:23 |
|
Məlumat üçün bildirək ki, iranəsilli yəhudi iş adamı olan Henri Manuçeri 1978-ci ildə İrandan ABŞ-yə köçüb. Manuçeri 1994-cü ildə “Universe Holdings” şirkətini təsis edib və hazırda şirkətin baş direktoru və rəhbəridir. “Universe Holdings” əsasən çoxmənzilli yaşayış daşınmaz əmlakına investisiya qoyur. Şirkətin portfelinin ümumi dəyərinin təxminən 2,5 milyard dollar olduğu, 7 500-dən çox mənzili idarə etdiyi bildirilir.
ABŞ ilə bərabər İsraildə də daşınmaz əmlak biznesinə sahib olan Henri Manuçerinin oğlanları – Aaron və Avi Manuçeri qardaşları isə Florida ştatının ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Manoucherı Brothers LLC” (“Manuçeri Qardaşları”) şirkətini idarə edirlər. Bu şirkət də “Universe Holdings”ə bağlıdır. Onu da qeyd edək ki, “Manoucherı Brothers LLC” şirkətinin satınalmalar üzrə direktoru Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir. Şamxal Həsənli daha əvvəl Florida ştatının Mayami şəhərində aparıcı daşınmaz əmlak şirkətlərindən olan “Zylberglait Group”da işləyib. Bu şirkət ABŞ-nin və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. Şamxal Həsənlinin “Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə Yeniavaz.com-da məlumat verilib. Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib. Onu da bildirək ki, Şamxal Həsənli 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən “2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında “SOLIS DEVELOPMENT LLC” adlı şirkəti də qeydiyyatdan keçirib. Qeyd edək ki, hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub. Geri qayıt |