Əsas Səhifə > Ana xəbər / Güney Press > Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb?
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb?Bu gün, 14:04 |
|
BDU-da təhsil haqları azaldılıb? Bütün dövlət ali təhsil müəssisələrində dövlət sifarişli yerlərlə yanaşı ödənişli təhsil almaq mümkündür. Dövlət universitetlərində illik təhsil haqqı ixtisasdan və ali məktəbdən asılı olaraq adətən 1000–6500 manat arasında dəyişir. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsil haqları və plan yerləri məlum olub. Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsil haqqı 4500-5000 manat arasında dəyişir. Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib. Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsil haqlarının azaldığını göstərir. Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsil haqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib. Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, UNEC Biznes Məktəbində “Biznesdə süni intellekt”, “Blokçeyn texnologiyalarının idarə edilməsi” ixtisasları 5000 manatdan 4500 manata endirilib.Ölkənin dövlət ali təhsil müəssisələri arasında önəmli yer tutan Bakl Dövlət Universitetində yeni tədris ilində təhsil haqqında azalma varmı? Məsələ ilə bağlı BDU-dan “Cebheinfo.az”-a bildirilib ki, təhsil haqlarında dəyişiklik yoxdur. Qeyd edək ki, Bakı Dövlət Universitetində (BDU) illik təhsil haqqı ixtisas və fakültədən asılı olaraq ümumilikdə 1500 manat ilə 4800 manat arasında dəyişir, hüquq fakültəsi üzrə əlavə/ikinci ali təhsil kimi xüsusi istiqamətlərdə isə 7600 manata qədər yüksəlir. Geri qayıt |