Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan dəmir yumruğu deyəsən unudub
Ermənistan dəmir yumruğu deyəsən unudubBu gün, 11:43 |
|
Qarabağın Ermənistandakı nümayəndəliyində avqustun 18-də Qarabağdan olan vəzifəli şəxslərlə Ermənistan parlamentində təmsil olunan bütün fraksiyaların nümayəndələri arasında görüş keçirilməsi planlaşdırılır. KONKRET.az xəbər verir ki, “Joqovurd” qəzeti mənbələrinə istinadən yazır ki, görüşün gündəliyinə Qarabağın “prezidenti” və “Milli Məclis” sədrinin seçilməsi məsələləri daxildir.
Bununla yanaşı, Qarabağın qondarma “dövlət naziri” Njde İskəndəryan və ictimai fəal Anastas İsraelyan “prezident” postuna maraq göstərirlər. Lakin hazırkı hüquqi normalar onların namizədliklərini müstəqil şəkildə irəli sürməsinə imkan vermir.
Azərbaycan və Ermənistanın artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşadığı, iki ölkə arasında sülh prosesinin davam etdiyi bir vaxtda Qarabağın separatçı strukturlarının rəhbərliyi ilə bağlı məsələlərin yenidən gündəmə gətirilməsi diqqət çəkir.
Bu baxımdan, regionda davamlı sülhün və sabitliyin qorunması ilk növbədə Ermənistanın öz maraqlarına cavab verir. Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi ilə bağlı əsas problemini həll edib və hazırda diqqətini Qarabağ və Şərqi Zəngəzurun inkişafına, əhalinin məskunlaşdırılmasına və regional kommunikasiyaların bərpasına yönəldib. Belə bir şəraitdə keçmiş separatçı qurumun “prezident” və parlament sədrinin seçilməsi kimi məsələlərin gündəmə gətirilməsi sülh prosesinə hansı töhfəni verəcəyi ilə bağlı suallar doğurur. Geri qayıt |