Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıbBu gün, 09:35 |
|
2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manatadək yüksəlir. FED.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.Qeyd edilib ki, I ixtisas qrupu üzrə ən bahalı ixtisaslar arasında ADA Universitetinin bütün ixtisasları yer alır. Universitetdə illik təhsil haqqı 6 000 manat təşkil edir. Bakı Ali Neft Məktəbində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır. Xəzər Universitetində isə bütün ixtisaslar üzrə təhsil haqqı 4 500 manat təşkil edir. II ixtisas qrupu üzrə ən yüksək təhsil haqqı ADA Universitetində Maliyyə ixtisası üzrə müəyyənləşdirilib. Bu ixtisasda, ingilis dilində təhsil üçün illik ödəniş 8 000 manatdır. Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır. Xəzər Universitetində isə II qrup üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500, 5 000 və 5 500 manat arasında dəyişir. III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır. ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 6 000 manat təşkil edir. Universitetdə Hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı isə 8 000 manatdır. IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetində müəyyənləşdirilib. Universitetdə ixtisaslardan asılı olaraq illik təhsil haqqı 4 500-5 000 manat arasında dəyişir. Xəzər Universitetində isə IV ixtisas qrupu üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500 manatdır. Geri qayıt |