Əsas Səhifə > Ana xəbər / Güney Press > Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir?

Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir?


Bu gün, 06:37

8 avqust Vaşinqton razılaşmalarının birinci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik etdi. Təbrik mesajında da belə bir ifadə işlətdi ki, Ermənistan Azərbaycandan köçmüş ermənilərin Azərbaycana, Azərbaycan isə azərbaycanlıların Ermənistana qayıtması iddialarından əl çəkməlidir. Burda Azərbaycanın mövqeyi həmişə başqa cür olub. Azərbaycan ermənilərin geri dönüşünə heç vaxt "yox" deməyib, Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyənlərin müraciət edə biləcəyini deyib. Ancaq müraciət edən yoxdur. Ermənistan isə Azərbaycanlıların qayıdışı üçün oxşar mexanizm yaratmayıb.

Ancaq Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlər qurulandan sonra bu məsələnin həll yolu tapıla bilər. Əgər Ermənistan Azərbaycana ərazi iddialarından həmişəlik əl çəksə, bu iddialar Konstitusiyadan çıxarılsa, hər hansı problem qalmayacaq; iki xalq yanaşı yaşamağın yolunu tapacaq. Hazırda faktik sülh şəraitində iki ölkə ticarətə başlayıb. Bu, indilik dövlətlərin arasındadır. Ancaq sülh sazişi imzalanandan və qüvvəyə minəndən sonra xalqlar arasında da birbaşa münasibətlər yaranacaq.

Hər halda 8 avqust razılaşmalarının bir önəmli cəhəti də Ermənistan cəmiyyətində Azərbaycanla sülhə meylin artmasıdır. Bu, son parlament seçkilərində də hazırkı hökumətə dəstək formasında ifadə olundu.

 Bahəddin Həzi, Bizimyol. info

Geri qayıt