Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı

"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı


Bu gün, 05:53

"Azurit Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırkı vergi borcu nə az, nə çox – tam 3 milyon 704 min 944 manat 65 qəpik təşkil edir.

Nizamnamə kapitalı cəmi 10 AZN olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu (Rəsulzadə qəs.), ev 65 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi isə Bahadur Faiq oğlu Həsənovdur.

Qeyd edək ki, "Azurit Group" MMC əsasən tikinti, təmir, dizayn və fərdi obyektlərin layihələndirilməsi xidmətlərini həyata keçirir.


Geri qayıt