Əsas Səhifə > Ana xəbər / Güney Press > "‘Kasko’ nəyə lazımdır?"

"‘Kasko’ nəyə lazımdır?"


Bu gün, 16:36

Yazıçı Xeyrəddin Xoca avtomobilinin “Kasko” sığortası ilə bağlı yaşadığı problemlərdən narazılığını bildirib.

Gununsesi.info xəbər verir ki, Xeyrəddin Xoca sürücülərə müraciət edərək avtomobillərini “Kasko” sığorta etdirməməyi tövsiyə edib.

“Maşınımın güzgüsü cızılmışdı. ‘Atəşgah’ sığortaya zəng etdim. Nə desələr yaxşıdır? ‘Sahə polisindən hadisə haqqında arayış alın, sonra nümayəndə göndərək, gəlib yerində baxsın!’” – deyə o bildirib.

Xeyrəddin Xoca sığorta şirkətinin bu tələbinə etiraz edib və bir sıra suallar ünvanlayıb:

“Əvvəla, sahə polisi niyə? Bəlkə DYP əməkdaşı demək istəyib? İkincisi, mən polisi haradan tapım? Maşına cızıq salanlar polisin iştirakı ilə bu işi etmirlər, axı! Üçüncüsü, polis işə qarışacaqsa, ‘Kasko’ nəyə lazımdır?”

O bildirib ki, müqaviləyə əsasən “Kasko” sığortası üçün hər üç aydan bir 325 manat, il ərzində isə ümumilikdə 1300 manat ödəməli olub. Lakin sonuncu 325 manatlıq ödənişi etmədiyini və bunun nəticəsində müqavilənin vaxtından əvvəl başa çatdığını qeyd edib.

“Beləliklə, 975 manat ziyana düşdüm!” – deyə Xeyrəddin Xoca vurğulayıb.

Aktyor sığorta şirkətinə bunun səbəbini soruşduqda ona “Bilmirsiniz, bura Azərbaycandır!” cavabının verildiyini iddia edib.

“Azərbaycan olanda adamın cibinə girmək lazımdır? Buyurun, bu da sizin sığorta təbliğatınız!” – deyə Xeyrəddin Xoca bildirib.


Geri qayıt