"DİA-AZ" yurd.media-ya istinadən xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1 milyon manat zərər edib (ötən ilin eyni dövrünü 1,5 milyon manat xalis mənfəətlə başa vurmuşdu).
Bu ilin iyulun əvvəlinə "Atəşgah Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,2% az - 64,3 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 53,2 milyon manat (2,5% çox), balans kapitalı isə 16,1 milyon manat (8,1% az), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.