Əsas Səhifə > Ana xəbər / Güney Press > Vardaynanın arvadı Bakıya gəlmək istəyir
Vardaynanın arvadı Bakıya gəlmək istəyirBu gün, 13:02 |
|
“8 avqustda Ermənistanın Baş naziri Paşinyan öz çıxışında "Azərbaycandakı soydaşlarımızın saxlanılması hamımızı dərindən narahat edir” dedi. Mən bu qiymətləndirməni tamamilə bölüşürəm və bu sözləri oxuduğuma sevindim”. “Cebheinfo.az” xəbər verir ki, bunu hazırda Bakıda həbsdə olan keçmiş “dövlət naziri” Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin bildirilib. “Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mənimlə görüşün təşkilinə məsul qurum kimi təyin edilməsi barədə mediada yayılan məlumatları da müsbət qiymətləndirirəm. Lakin deməyi zəruri hesab edirəm ki, bu günə qədər mənimlə heç bir əlaqə qurulmayıb və məsul vəzifəli şəxsin əlaqə məlumatları mənə verilməyib. Mən məsul vəzifəli şəxsin əlaqə məlumatlarını gözləyirəm. Bakıya qadınların humanitar səfərinin təşkili üçün gələcək addımları və Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşları ilə bağlı digər məsələləri müzakirə etmək üçün əsaslı görüşə ümid edirəm", - deyə o qeyd edib. Geri qayıt |