Əsas Səhifə > Ana xəbər / Güney Press > "Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..."
"Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..."Bu gün, 11:55 |
|
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasının ildönümü ilə bağlı “NTD News” telekanalına müsahibə verib. KONKRET.az xəbər verir ki, səfir müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə, hazırkı Ermənistan-Azərbaycan münasibətlərinə və “Tramp marşrutu” adlandırılan TRIPP layihəsinə (Zəngəzur dəhlizi – redş) toxunub.
Səfir hazırda Ermənistanın regionda sülh quruculuğu üçün “unikal imkan” əldə etdiyini bildirib. O, ABŞ-ın və xüsusilə prezident Donald Trampın bu prosesdəki rolunu yüksək qiymətləndirib.
“Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq və müxtəlif məhsulların Ermənistana gətirilməsi üçün Azərbaycanın infrastrukturundan da istifadə edirik”, – səfir deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan eksklavı arasında yerləşir və layihə bu iki ərazi arasında birbaşa əlaqə yaratmalıdır.
Səfir vurğulayıb ki, TRIPP yalnız avtomobil və dəmir yollarının tikintisini nəzərdə tutmur. Layihəyə elektrik xətləri, yeni boru kəmərləri və fiber-optik rabitə infrastrukturu da daxil olacaq. Onun sözlərinə görə, TRIPP-in əsas məqsədlərindən biri müxtəlif regionları birləşdirmək, dialoq və texnoloji əməkdaşlıq üçün yeni platforma yaratmaq, eləcə də regionda dinc yanaşı yaşayışı təşviq etməkdir. Mkrtçyan layihəni həmçinin yeni qlobal təchizat zəncirinin formalaşmasının bir hissəsi kimi qiymətləndirib. Geri qayıt |