|
“Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparmayıb”. Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və atdığı praktik addımlar nəzərə alınmaqla, bunların mümkün olması ehtimalı azdır”, - deyə o bildirib. Qaluzin həmçinin ictimai qrupların nümayəndələri arasında davam edən qeyri-rəsmi əlaqələri qeyd edib: “Rusiya və Almaniyadakı müxtəlif ictimai təşkilatların nümayəndələri arasında qeyri-rəsmi görüşlərə gəldikdə isə, onlar olub və davam edir”. Xatırladaq ki, iyul ayında “The Times” qəzeti Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini və Rusiya-Ukrayna müharibəsinin müzakirə olunduğunu yazıb.
Geri qayıt
|