Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıbBu gün, 10:32 |
|
8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb və ölkə qarşısında istifadə edilməli olan perspektivlər açıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş üçtərəfli zirvə görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətdə bildirib. Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb. “8 avqust 2025-ci ilədək dövlətimiz dalanda idi, 8 avqustdan sonra isə qarşımızda sonsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz bizim kollektiv iradəmizdən asılıdır”, – deyə Baş nazir bildirib. Paşinyanın sözlərinə görə, Vaşinqton Sülh Sammitinin mühüm nəticələrindən biri “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsidir. "Bu layihə nəinki yaxın gələcəkdə Ermənistanın blokadasına son qoyacaq, nəinki Ermənistan və region iqtisadiyyatının əsasını təşkil edəcək, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol, qonşu kimi qəbul etməyə başlamasına kömək edəcək. Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək", - o qeyd edib. Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar. Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar. Geri qayıt |