Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var

"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var


Bu gün, 06:54

"Bakı Süd Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, ölkənin qida və süd emalı sektorunda tanınan şirkətin hazırda dövlət qarşısında 1.146.260,33 AZN (1 milyon 146 min manatdan çox) məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, 3.785.047,00 AZN (3 milyon 785 min manatdan çox) nəhəng nizamnamə kapitalına sahib olan MMC Abşeron rayonu, Məmmədli kəndi ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Fariz Taleh oğlu Məmmədovdur.


Geri qayıt