Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir

Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir


Bu gün, 10:53

Dövlət xərclərinin Ümumi Daxili Məhsulda (ÜDM) payına görə Azərbaycan 151 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları əsasında hazırlanan reytinqə əsasən, Azərbaycanda dövlət xərcləri ÜDM-in 33,91 faizini təşkil edir.
Reytinqdə Azərbaycan 34,65 faiz göstəriciyə malik Kolumbiyadan sonra, 33,83 faiz göstəriciyə malik Tunisdən əvvəl yer alıb.
Siyahının ilk pillələrində əsasən yüksək sosial xərcləri olan Avropa ölkələri qərarlaşıb. Finlandiyada dövlət xərclərinin ÜDM-də payı 57,7 faiz, Fransada 57,2 faiz, Belçikada 54,5 faiz, İtaliyada 50,6 faiz, Almaniyada isə 49,4 faizdir.
Reytinqdə Avstraliya 38,94 faizlə 46-cı, Ekvador 38,07 faizlə 47-ci, Moldova 37,96 faizlə 48-ci, ABŞ 37,92 faizlə 49-cu, Monqolustan 37,50 faizlə 50-ci yerdədir. Rusiyanın göstəricisi 36,87 faiz, Əlcəzairin 36,79 faiz, Şimali Makedoniyanın 36,73 faiz, Bolqarıstanın isə 36,65 faiz təşkil edir.
Məlumata görə, dövlət xərclərinin yüksək olması heç də avtomatik olaraq daha yaxşı iqtisadi və sosial nəticələr demək deyil. Xərclərin həcmi ilə yanaşı, dövlət vəsaitlərinin hansı istiqamətlərə və nə qədər səmərəli yönəldilməsi də mühüm amildir.
İnkişaf etmiş Avropa ölkələrində yüksək göstəricilər əsasən universal səhiyyə, dövlət pensiyaları, işsizlik sığortası və digər sosial proqramlarla əlaqələndirilir. Əhalinin yaşlanması isə pensiya və səhiyyə xərclərinin artmasına səbəb olan əsas amillərdən biri kimi göstərilir.
Keçmiş SSRİ və region ölkələrində dövlət xərclərinin ÜDM-ə nisbəti aşağıdakı kimi olub:
3-cü yerdə Ukrayna – 71,27%
29-cu yerdə Latviya – 44,41%
33-cü yerdə Estoniya – 43,62%
48-ci yerdə Moldova – 37,96%
52-ci yerdə Rusiya – 36,87%
58-ci yerdə Azərbaycan – 33,91%
61-ci yerdə Qırğızıstan – 33,71%
69-cu yerdə Türkiyə – 32,63%
77-ci yerdə Gürcüstan – 30,26%
88-ci yerdə Tacikistan – 27,66%
89-cu yerdə Özbəkistan – 27,59%
143-cü yerdə İran – 14,2%


Geri qayıt