Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır?

Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır?


Bu gün, 10:45

Dövlət qurumları hər il əməkdaşlarının sığortasına minlərlə manat vəsait ayırır. Bu vəsait işçilərin il ərzində tibbi xərclərini qarşılamaq üçün sərf olunur. Bi işçiyə düşən sığrota haqqı nə qədər çox olarsa, işçinin sığrota təminatı o qədər yaxşı olar. Yəni 250 manatlıq sığorta olunan işçi sığorta hadisəsi zamanı 5 min manata qədər xidmət ala bilərsə, 500–1 000 manata sığorta olunan işçi sığorta hadisəsi zamanı daha böyük məbləğdə təminat alır.

"DİA-AZ" bu dəfə qurumların bir işçiyə orta hesabla nə qədər sığorta haqqı ayırdığını – yəni bir işçini neçəyə sığortaladığını araşdırıb.

Araşdırma zamanı məlum olub ki, bir işçiyə orta hesabla ən yüksək sığorta haqqı ayıran qurum “İpoteka və Kredit Zəmanət Fondu” olub. Belə ki, şirkət ötən il 150 nəfər işçinin sığortalanmasına 267 min 534 manat ayırıb. Bu da, hər işçi üçün ortalama 1 784 manat sığorta haqqı deməkdir.

İşçilərin sığortasına yüksək məbləğ ayıran digər qurum “Dövlət Neft Fondu”dur. Fond 2025-ci ildə 160 nəfərin sığortasına 136 min manat ayırıb, bir nəfər üçün orta sığorta haqqı 850 manat təşkil edib. 2024-cü ildə bu məbləğ bir nəfər üçün 920 manat idi.

Səhiyyə Nazirliyi də işçilərin sığortasına yüksək məbləğdə vəsait ayıran dövlət qurumlarındandır. Belə ki, Nazirlik 2025-ci ildə 13 nəfər işçinin sığortalanmasına 10 min 504 manat ayırıb ki, bu da, bir işçi üçün ortalama 808 manat deməkdir.

İşçilərini ən aşağı qiymətə sığortalayan qurumlar isə "Dövlət İmtahan Mərkəzi" və Yerüstü Nəqliyyat Agentliyi – AYNA-dır.

Ölkədəki digər dövlət qurumları isə bir nəfər üçün ortalama 270 – 550 manat arasında sığorta haqqı ayırır.

Dövlət qurumlarının bir işçi üçün sığorta xərcləri daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Sığortaçının adı
və VÖEN-İ

Sığortanın ümumi
məbləği
(Manat)

Sığortalı
işçi sayı

Bir işçi üçün orta sığorta xərci
(Manat)

Yekunlaşma tarixi

1

"Azərbacyan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

353 800

1 160

305

16.07.2026

2

"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

62 010

117

530

10.07.2026

3

"Aqrar Tədarük və Təchizat" ASC

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

83 557

199

420

18.06.2026

5

Aqrar Sığorta Fondu

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

14 960

44

340

12.02.2026

6

"Dövlət İmtahan Mərkəzi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

237 800

820

290

16.01.2026

7

Dövlət Neft Fondu

"A-Qroup Sığorta Şirkəti" ASC (VÖEN: 9900027621)

136 000

160

850

30.12.2025

8

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

211 970

517

410

17.12.2025

10

Azərbaycan Mərkəzi Bankı

"PAŞA Sığorta" ASC (VÖEN: 1400837161)

870 938

1 649

528

06.11.2025

11

"Bakı Kristal Zalı" MMC

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

37 200

75

496

04.08.2025

12

Dövlət Radiotezliklər İdarəsi

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

67 320

187

360

10.07.2025

13

Səhiyyə Nazirliyi

"A-Qroup Sığorta Şirkəti" ASC (VÖEN: 9900027621)

10 504

13

808

20.05.2025

14

"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

51 510

102

505

20.05.2025

15

"Azərbaycan Kosmik Agentliyi" (AZƏRKOSMOS) PHŞ

"Azərbaycan Sənaye Sığorta" ASC (VÖEN: 9900011151)

71 760

240

299

19.03.2025

16

İpoteka və Kredit Zəmanət Fondu

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

267 534

150

1 784

21.02.2025

17

Milli Depozit Mərkəzi

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

49 860

138

361

06.02.2025

18

"Dövlət İmtahan Mərkəzi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

220 000

800

275

10.01.2025

19

Dövlət Neft Fondu

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

147 200

160

920

09.01.2025

20

"Dövlət Dəniz və Liman Agentliyi" PHŞ

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

77 845

268

290

27.12.2024

21

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

232 000

800

290

17.12.2024

22

Aqrar Sığorta Fondu

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

16 100

46

350

17.12.2024

23

"Azerbaijan İnternational Telecom (Azİntelecom)" MMC

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

258 840

719

360

12.12.2024

24

"Bakı Telefon Rabitəsi" MMC

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

25 920

96

270

22.11.2024

25

"Aztelekom" MMC

"Qala Sığorta" ASC (VÖEN: 1700066901)

54 810

203

270

14.11.2024

26

Azərbaycan Mərkəzi Bankı

"PAŞA Sığorta" ASC (VÖEN: 1400837161)

818 096

1 549

528

28.10.2024

27

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

213 384

523

408

08.10.2024

29

"Azərbaycan Sahibkarlığın İnkişafı Fondu" PHŞ

"Meqa Sığorta" ASC (VÖEN: 1400143091)

46 750

85

550

16.07.2024



Geri qayıt