Əsas Səhifə > Ana xəbər / Güney Press > İflas edən "Rahat Lizinq" borclarını ödəməyib

İflas edən "Rahat Lizinq" borclarını ödəməyib


Bu gün, 07:51

"Rahat Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq bağlama qərarı alıb və passiv rejimə keçib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyəti dondurulan lizinq şirkətinin hazırda dövlət büdcəsinə 6.934,41 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, cəmi 20 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kemal Atatürk prospekti, ev 58 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Rüfət Əli oğlu Məmmədovdur.


Geri qayıt