|
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 176 ədəd heykəl idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən heykəllərin 175-i Çindən, 1-i isə İtaliyadan idxal edilib. Qeyd edək ki, Çindən gətirilən heykəllərin bir ədədinin orta gömrük dəyəri 17,5 dollar (29,8 manat), İtaliyadan gətirilən bir heykəlin gömrük dəyəri isə 130,8 min dollar (222,4 min manat) təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xaricdən builkindən 9 dəfə az – 19 heykəl gətirilib. Lakin ötən il idxal olunan heykəllərin gömrük dəyəri daha yüksək olub. Belə ki, 2025-ci ilin ilk 5 ayında Niderlanddan gətirilən bir heykəlin gömrük dəyəri 515,8 min dollar (876,8 min manat) təşkil edib.
Geri qayıt
|