Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunubBu gün, 11:21 |
|
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. "Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb. Geri qayıt |