Əsas Səhifə > Ana xəbər / Güney Press > "PAŞA Bank Gürcüstan"a yeni rəhbər TƏYİN EDİLİB
"PAŞA Bank Gürcüstan"a yeni rəhbər TƏYİN EDİLİBBu gün, 10:09 |
|
3 avqust 2026-cı il tarixindən "PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinin sədri vəzifəsinə Pünhan Nərimanov təyin olunub. "DİA-AZ" xəbər verir ki, Pünhan Nərimanov bankda 2 ay əvvəl 2026-cı ilin iyunundan İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyətə başlayıb və avqustun əvvəlində bankın rəhbəri təyin edilib. Yeni sədrin Azərbaycanın bank və maliyyə sektorunda 20 ildən artıq iş təcrübəsi var. Belə ki, P.Nərimanov əvvəllər “MilliÖn” və “Kapital Bank”da müxtəlif yüksək rəhbər vəzifələr tutub. Yeni təyinatına qədər isə “PASHA Pay”də idarəedici direktor və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. «PAŞA Bank Gürcüstan»ın əvvəlki sədri Ramil İmamov isə PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Geri qayıt |