|
"Metropolitendə təmir gedir deyə Nizami və 28 May metrostansiyaları arasında ekspress avtobuslar xəttə buraxılır və bu avtobuslar PULLUDU..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Haldun Novruzzadə adlı istifadəçi yazır. Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Təsəvvür edin mən Xalqlardan Elmlər Akademiyasına dərsə getmək istəyirəm, 60 qəpik verib gedəcəm 28 maya kimi ordan düşəcəm avtobusa yenidən 60 qəpik verib Nizamiyə gedəcəm ordan düşəcəm metroya yenidən 60 qəpik verəcəm. Gələndə də eyni yolnan və mən gün ərzində 2.40 manat əlavə yola xərcim çıxacaq? Bu ideyanı verən, içkili olub ideya verərkən? 1 il ərzində mən niyə 2.40 ziyana getməliyəm? Bakı Metropoliteni QSC insanlara əziyyət verirsiniz zəhmət çəkin "shuttle Bus"ların pulunu öz büdcənizdən verin..!"
Geri qayıt
|