Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib:

Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib:


Bu gün, 10:23

Paşinyanla Putinin sonuncu telefon danışığından sonra Ermənistanın baş nazirinin Qərb havadarları onu panikaya düşməməyə, Putinin təhdidlərindən və ya seçim qarşısında qalmaq üçün verdiyi göstərişlərdən qorxmamağa çağırıblar.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, Kremlin məşhur telefon danışığı ilə bağlı açıqlaması Paşinyanın kabineti tərəfindən yayılan açıqlamadan xeyli fərqlənirdi: ruslar bir daha Aİ və AİB arasında seçim etməyə və bu məsələ ilə bağlı mümkün qədər tez referendum keçirməyə çağırdılar.

Amma avropalı tərəfdaşlar Paşinyana bunu bir az təxirə salmağı məsləhət görüblər və bildiriblər ki, Rusiya-Ukrayna cəbhəsindəki hadisələr Rusiya Federasiyasının təməllərini zəiflədib və Moskvanın özü tezliklə geri addım atacaq.

“Lakin hökumət mənbələrimizin məlumatına görə, onlar Rusiyadan diplomatik kanallar vasitəsilə öyrəniblər ki, yaxın gələcəkdə Rusiya Ermənistana qarşı daha sərt alətlər tətbiq edəcək ki, onlara manevr imkanı verməsin”, - məqalədə deyilir.


Geri qayıt