Əsas Səhifə > Ana xəbər / Güney Press > Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib

Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib


Bu gün, 06:11

“2026-cı ilin əvvəlindən Devin media ilə bağlı heç bir əlaqəm yoxdur, əməkdaşlıq da etmirəm. Artıq 6 aydan çoxdur. Teatrda işlərim artdı, ona görə də ora ilə əlaqəni kəsdim. Mən orada kursda dərs deyirdim. Hazırda başqa adamlar dəvət olunublar, dərs deyirlər. Orada nə baş verdiyindən də xəbərim yoxdur. Sadəcə olaraq vaxtilə sözügedən şirkətdə hüquqşünas vəzifəsində Xəyal Məmmədov mənə orada bəzi problemlərin olduğunu bildirdi. Mən ona da şirkətlə əlaqələrimin olmadığını bildirdim”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib.

O daha sonra sözügedən şirkətin səhifəsində görüntülərinin paylaşıldığını bildirib:

“Mənimlə bağlı çəkilən kadrlar, verilən müsahibələr il yarım bundan əvvəl olanlardır. Həmin ildə çəkilənləri göstərirlər. Bu da doğru deyil. Ümid edirəm ki, onları da siləcəklər. Mən onların məsələlərinə, problemlərin qarışmıram” deyə sənətkar bildirib.

Qeyd edək ki, son günlər Devin media ilə bağlı xəbərlər gündəmi zəbt edib. Belə ki, Devin media türk seriallarının adından istifadə edərək, insanların küllü miqdarda pulunu mənimsəyib. Reallıqda isə sözügedən şirkətin heç bir türk serialı ilə əlaqələrinin olmadığı ortaya çıxıb. Şirkət haqda saytımıza yüzlərlə zərərçəkmiş müraciət edib. Vaxtilə şirkətdə hüquqşünas vəzifəsində çalışan Xəyal Məmmədov 200-ə yaxın şəxsin hüquqlarını təmənnasız müdafiə edir.


Geri qayıt