Əsas Səhifə > Ana xəbər / Güney Press > Kartdan karta köçürməyə QADAĞA gəlirsə...
Kartdan karta köçürməyə QADAĞA gəlirsə...Bu gün, 02:28 |
|
"Ölkədə "card-to-card" əməliyyatlarına müəyyən məhdudiyyətlər gətirilib. insanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İstənilən məhdudiyyətlərdə alternativlər də olur. Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil - yəni "saça kəpək düşəndə, başı kəsmirlər, səbəbini tapıb, müalicə edirlər"..."
Geri qayıt |