Əsas Səhifə > Ana xəbər / Güney Press > Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?Bu gün, 16:14 |
|
Əhalinin ümumi təhsil hüququnun dəstəklənməsi, bərabər imkanların təmin edilməsi və ixtisaslı kadrların hazırlanması məqsədilə dövlət universitetləri dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət öz vətəndaşlarına ədalətli təhsil mühiti yaratmağa borcludur və bu zaman maddi imkanları qeyri-kafi olan insanların da ali təhsil ala bilməsi nəzərdə tutulur. Təhsilli şəxslərin sayı artdıqca ölkənin elm, texnologiya və iqtisadiyyat sahələrində qüdrəti artır. Bu gün dünyanın bir çox ölkələrində dövlət universitetlərində təhsil ödənişsizdir. Dövlət universitetlərinin ödənişsiz olduğu ölkələr sırasında Almaniya, Norveç, Çexiya, Avstriya, Argentina, Braziliya Türkiyə kimi ölkələr yer alır.Bildirək ki, Gürcüstanda dövlət universitetləri, dövlət dilində ödənişsiz olacaq. Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, bunun səbəbi odur ki, Gürcüstan hökuməti təhsilli, bilikli vətəndaş istəyir, təhsil hüququnun vacibliyini anlayır: “Başa düşür ki, təhsil vacibdir, təhsilli insan daha çox əlavə dəyər yaradır. Onu da bilir ki, gənclərin ölkədə qalmasını stimullaşdırmaq lazımdır. Gürcüstanda ÜDM artımı 8 % civarındadır, adambaşına düşən ÜDM 11 574 dollardır. Azərbaycanda tək dövlət universitetləri deyil, hətta dövlətin peşə məktəbləri, kollecləri də ödənişlidir. Rəsmi statistikaya görə, Azərbaycanda Elm və Təhsil Nazirliyinin tabeliyində 22 ali təhsil müəssisəsi var. Qeyd edək ki, bi neçə il öncə dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsil sistemi mövcud olsa da, son illər bu tendensiya dəyişib. Belə ki, dövlət ali təhsil ocaqlarına həm ödənişsiz, həm də ödənişli üsullarla qəbul aparılır. Maraqlıdır ki, təhsili yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq reytinq sıralamasında ilk sıralarda yer alan ölkərin universitetlərində təhsil ödənişsiz olduğu halda, bu gün təhsil sistemi o qədər də güclü olmayan Azərbaycanda dövlət təhsil müəssisələri tamamilə ödənişsiz deyil. Dövlət ali təhsil müəssisələrində təhsili tamamilə ödənişsiz olması niyə mümkün deyil? Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, əslində Azərbaycanda da universitetlərin bir neçəsi publik hüquqi şəxsə çevrilib: “Görünən odur ki, onların dövlətdən asılılığı tam başa çatmayıb. Çünki universitetlərin özlərinin büdcəsini formalaşdıra bilmirlər. Həm də maddi-texniki baza üçün vacib elementlər olan laboratoriyalar, auditoriyalar, bəzi vacib universitetlər üçün akkreditasiya standartları olmalıdır. Ali təhsil müəssisələrinə dövlət dəstəyi yaxşı haldır. Ancaq orada dövlət və öz hesabına oxuyan tələbələr də var. Yaxşı olardı ki, bu artıq müəyyən təsnifatlara ayrılsın. Həm dövlət müəssisəsi olan universitetlər olardı, həm ödənişli və ya ödənişsiz, həm də özəl universitetlərin olması daha məqəsəduyğundur. Məsələn, yüksək ixtisaslı kadrların hazırlanması üçün dövlət öz hesabına təhsil verdiyi və gələcəyinə, perspektivinə, dövlətə fayda verə biləcəyi ilə bağlı siyasət apara bilər. Digər publik olan universitetlər də öz hesablarına, gələcəyin tədqiqat universitetləri, yaxud hansısa sahələr üzrə yönləndirilməsini öz nizamnamələrində göstərməlidirlər. Azərbaycan universitetləri indi beynəlxalq reytinqlərdə yer alamağa başlayırlar. Bu baxımdan demək çox çərindir ki, hansısa universitet dövlət himayəsindən məhrum olsun, yaxud tələbələr universitetin büdcəsinə pul köçürməsinlər. Təəssüf ki, bu gün Azərbaycanda qazanc gətirən universitet yoxdur. Yəni o tədqiqat universitetinə çevrilsin, onun alimləri, magistrləri, doktorantları müəyyən işlər görməklə universitetlərin büdcəsinə vəsait gətirsinlər. Ona görə də universitetlərin dövlətdən asılılığı davam edir”. Geri qayıt |