Əsas Səhifə > Ana xəbər / Güney Press > Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib

Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib


Bu gün, 11:26

Ermənistan parlamentində müxalif "Ermənistan" blokunun deputatları avqustun 3-də yeni seçilmiş Milli Məclisin ilk iclasına qatılmayıblar.

"Newsarmenia" xəbər verir ki, iclas hakim "Vətəndaş Müqaviləsi" Partiyasının, müxalif "Güclü Ermənistan" alyansının və digər parlament təmsilçilərinin iştirakı ilə keçirilir.


Qeyd edək ki, "Ermənistan" bloku sabiq prezident Robert Koçaryan ətrafında formalaşmış siyasi ittifaqdır, "Güclü Ermənistan" alyansı isə iş adamı Samvel Karapetyan ilə əlaqələndirilən siyasi birlikdir.


Geri qayıt