Əsas Səhifə > Ana xəbər / Güney Press > Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB?

Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB?


Bu gün, 10:33

Bakı şəhər Xəzər rayonu ərazisində - Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağı avtomobillər tərəfindən zəbt edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə velosiped həvəskarları sosial şəbəkədə paylaşım ediblər.

Bildirilib ki, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.

Velosipedçilər aidiyyəti qurumların məsələni həll etməsini istəyiblər.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:


Geri qayıt